Antuan Qrizmann mövsümün sonunda "Barselona"nı tərk etmək niyyətində deyil.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, Neymar (PSJ) və Lautaro Martinesin ("İnter") transferləri baş tutsa belə, Qrizmann "Barsa"da qalmaq istəyir. Onu gözləyən güclü rəqabətə baxmayaraq, fransız futbolçu əsas heyətə düşmək uğrunda mübarizə aparmağa hazırdı.
Katalon klubu 29 yaşlı forvardın transferinə görə "Atletiko"ya 120 milyon avro ödəmişdi. Qrizmann "Barselona"dakı ilk mövsümündə rəqib qapılarına 14 dəfə yol tapıb.
Fanat.Az