Qrizmann azarkeşlərlə vidalaşdı: "Kədər hissi ilə ayrılıram"

Qrizmann azarkeşlərlə vidalaşdı: "Kədər hissi ilə ayrılıram"

Ötən gün "Atletiko Madrid"lə anlaşan fransız hücumçu Antuan Qrizmann (Antonie Griezmann) "Barselona" azarkeşləri ilə vidalaşıb.

Fanat.Az xəbər verir ki, futbolçu bu barədə şəxsi "Twitter" səhifəsində paylaşım edib:

"Əziz azarkeşlər! Sizinlə vidalaşıram və bəslədiyiniz sevgiyə görə təşəkkür edirəm. "Barselona" forması üçün hər şeyi etdim və böyük bir klubun tarixinə düşdüm. Artıq tribunalarda olmağınızdan zövq ala bilmədiyim üçün ürəyimdə kədər hissi ilə ayrılıram, amma sizin fanatlarınızdan biri olduğum üçün qürur duyuram."

Qrizmann azarkeşlərlə vidalaşdı: "Kədər hissi ilə ayrılıram"

Xatırladaq ki, Qrizmann 2019-cu ildən "Barselona"nın şərəfini qoruyurdu. O, Kataloniya klubuna məhz "Atletiko"dan transfer olunmuşdu.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər