"Mançester Siti"nin yarımmüdafiəçisi Cek Qriliş Dortmund "Borussiya"sının futbolçusu Cud Bellingemə müraciət edib.
Fanat.Az xəbər verir ki, 27 yaşlı ingiltərəli oyunçu millidə komanda yoldaşı olan Cudu İPL-ə dəvət edib.
Qriliş sosial şəbəkə hesabı üzərindən Bellingemə səslənib: "Cud Bellingem, "Mançester Siti"yə gəl".
Qeyd edək ki, 19 yaşlı Bellingem Avropanın bir çox nəhəng klublarının hədəfindədir.
Röya