Qovulması gündəmə gələn Mourinyunun alacağı təzminat - FANTASTİK MƏBLƏĞ

Qovulması gündəmə gələn Mourinyunun alacağı təzminat - FANTASTİK MƏBLƏĞ
Mövsümə uğurlu başlasa da, davamını gətirə bilməyən "Tottenhem"in baş məşqçisi Joze Mourinyunun "kreslosu laxlayır".
Fanat.Az İngiltərə mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssisin istefaya göndərilməsi gündəmə gəlib.
Artıq mətbuat Mourinyunun qovulacağı halda, alacağı təzminat məbləğini də açıqlayıb. Məlum olub ki, sözügedən çalışdırıcı "Tottenhem"dən qovulacağı təqdirdə, 40 milyon avro (82,5 milyon manat) təzminat alacaq. 
Qeyd edək ki, Mourinyunun illik maaşı 17,5 milyon avrodur (36 milyon manat). Portuqaliyalı Premyer Liqanın ən çox maaş alan mütəxəssislərindən biridi.
"Tottenhem" son 5 Premyer Liqa matçında 4 məğlubiyyət alaraq 24 turdan sonra 9-cu pillədə qərarlaşıb. 
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər