"Qorxma, azarkeşlər yeməyəcək onu!" - OYUNDANKƏNAR

"Qorxma, azarkeşlər yeməyəcək onu!" - OYUNDANKƏNAR

Azərbaycan Premyer Liqasının XIII turu çərçivəsində "Neftçi" "Sumqayıt" klubunu qəbul etdi. 

Samir Abasovun yetirmələrinin üstünlüyü ilə keçən oyun qolsuz bərabərliklə nəticələndi. 

Oyun ətrafında diqqətçəkən məqamlar da az olmadı.  

*Görüş "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları zamanı helikopter qəzasında dünyasını dəyişmiş hərbçilərin xatirəsinin  anılması ilə başladı. 

*Oyunun 44-cü dəqiqəsində isə II Qarabağ müharibəsi zamanı şəhid olmuş əsgər və zabitlərimizin xatirəsinin meydanda olan futbol azarkeşləri tərəfindən anılması artıq ənənə halını alıb. Bu gün də hər iki klubun fanatları şəhidləri ehtiramla yad etdi. 

"Qorxma, azarkeşlər yeməyəcək onu!" - OYUNDANKƏNAR

*Qarşılaşmamnın 87-ci dəqiqəsində meydanda olan "ağ-qaralar"ın azarkeşlərindən biri yaranan sükutdan istifadə edərək "Neftçi"nin baş maşqçisi Samir Abasova uca səslə "Samir, Mirabdullanı niyə salmırsan? Qorxma, azarkeşlər yeməyəcək onu", - deyə ismarıc göndərdi. 

*Oyundan sonra "CBC Sport" telekanalı və Samir Abasov arasında anlaşılmazlıq oldu. Belə ki, telekanal əməkdaşları Abasovun müsahibədən imtina etdiyini düşünürdü. Amma mətbuat konfransı zamanı məlum oldu ki, mütəxəssis sonradan müsahibədə iştirak edib və bu, sadəcə olaraq xırda anlaşılmazlıq olub.

"Qorxma, azarkeşlər yeməyəcək onu!" - OYUNDANKƏNAR

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər