"Qol vurmaq şanslarımız olsa da..." - Roi Kehat

"Qol vurmaq şanslarımız olsa da..." - Roi Kehat

Misli Premyer Liqasının 22-ci turunda "Zirə"nin qonağı olan "Sumqayıt" qolsuz bərabərliyə razılaşdı.

"Kimyaçılar"ın yarımmüdafiəçisi Roi Kehat "quru sülh"lə bağlı fikirlərini Fanat.Az-a bölüşüb:

"Hər iki komanda yaxşı oynadı. Bərabər səviyyəli oyun getdi. Qol vurmaq şanslarımız olsa da, rəqib qapısına yol tapa bilmədik. Bu matçdan nəticə çıxarmalı və qarşıdakı oyunlar barədə düşünməliyik".

Qeyd edək ki, bu heç-heçə sayəsində xal hesabını 35-ə çatdıran "Sumqayıt" turnir cədvəlinin 2-ci pilləsində mövqe tutub. 32 xala malik "Zirə" isə 4-cü yerdədir.

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər