"Qol vura bilməməyimiz inanılmazdır" - Klopp məğlubiyyəti şərh etdi 

"Qol vura bilməməyimiz inanılmazdır" - Klopp məğlubiyyəti şərh etdi 

"Liverpul"un baş məşqçisi Yürgen Klopp İngiltərə Premyer Liqasının 33-cü turunda evdə "Kristal Pelas"dan aldıqları məğlubiyyəti (0:1) şərh edib.

Fanat.Az xəbər verir ki, alman mütəxəssisin dediklərini BBC belə çatdırıb:

"Biz rəqibin qapısı qarşısında çox sayda qol epizodları yaratdıq. Consun, Nunyesin, Salahın zərbələri yetərincə təhlükəli alındı. Qol vura bilməməyimiz inanılmazdır. Başqa fərqlənmək fürsətlərimiz də var idi. Mən ən təhlükəliləri xatırlatdım. Özümüzü dəhşətli dərəcədə pis hiss edirik. İndi baş verəni unutmaq üçün bizə müəyyən vaxt lazımdır. Çox pis oyun oldu. bu, ardıcıl ikinci ev məğlubiyyətimiz idi".

Qeyd edək ki, 32 oyuna 71 xal toplayan "Liverpul" İPL-in turnir cədvəlində 3-cü pillədə mövqe tutub. "Qırmızılar" lider "Mançester Siti"dən 2 xal geri qalırlar. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər