Qızlarımız yenə uduzdu

Qızlarımız yenə uduzdu

Qadın futbolçulardan ibarət Azərbaycan millisi DÇ-2023-ün seçmə mərhələsində növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçi olduğu komanda E qrupunda Danimarka seçməsinin qonağı olub.

Viborq şəhərindəki eyniadlı stadionda oynanılacaq qarşılaşma millimizin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Danimarka 8 görüşdən sonra 24 xalla liderdir. 3 xala malik Azərbaycan yığması isə sonuncu - altıncı pillədə qərarlaşıb.

DÇ-2023, seçmə mərhələ

VIII tur

Danimarka – Azərbaycan 2:0 Baş hakim: Silvia Dominqos Baş hakimin köməkçiləri: Olqa Almeyda, Kristina Moreyra Kosta Dördüncü hakim: Filipa Pereyra Kunha Viborq stadionu.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər