Qış Oyunlarına yollanan millinin 3 üzvü həyatını itirdi

Qış Oyunlarına yollanan millinin 3 üzvü həyatını itirdi

Cənubi Koreyanın xizəksürmə millisinin üç üzvü qəza nəticəsində həyatını itirib.

Fanat.Az "NZ Herald" nəşrinə istinadən xəbər verir ki, hadisə Yeni Zelandiyada qeydə alınıb.

İdmançılar və məşqçilər Ceraldin şəhərində qəzaya düşüblər. Nəticədə iki xizəkçi və mütəxəssis dünyasını dəyişib. Sürücü də daxil olmaqla bir neçə nəfər xəsarət alıb.

Qeyd edək ki, Cənubi Koreya komandası avqustun 23-dən sentyabrın 8-dək Qış Oyunlarında iştirak etmək məqsədi ilə Yeni Zelandiyaya gedib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər