“Qəbələ”nin futbolçusundan yubiley matçı

“Qəbələ”nin futbolçusundan yubiley matçı

Azərbaycan Premyer Liqasının 29-cu turu Ülvi İsgəndərov üçün əlamətdar olub.

Fanat.Az xəbər verir ki, 26 yaşlı hücumçu “Qəbələ”nin heyətində 90-cı çempionat matçına çıxıb. Bu, “Zirə” ilə ev qarşılaşmasında  (2:1) gerçəkləşib.

Ülvi “Qəbələ” forması ilə çıxdığı Premyer Liqa görüşlərində 16 qola imza atıb. O, klubun heyətində çempionatda 90 və daha çox oyun keçirən 12-ci futbolçudur.

Xatırladaq ki, İsgəndərovun “qırmızı-qara” formada çıxdığı ilk Premyer Liqa matçı 2019/20 mövsümündə baş tutub. O, 2019-cu il avqustun 17-də “Sumqayıt”la ev görüşündə (0:2) şans qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər