"Qəbələ" UEFA Gənclər Liqasında mübarizəni dayandırdı

"Qəbələ" UEFA Gənclər Liqasında mübarizəni dayandırdı

“Qəbələ”nin U-19 komandası bu gün UEFA Gənclər Liqasının 1-ci mərhələsi çərçivəsində Xorvatiyanın “Hayduk” komandası ilə cavab oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, I mərhələnin cavab oyununda evdə Xorvatiyanın "Hayduk" klubuna 1:2 hesabı ilə uduzan "qırmızı-qaralar" turnirlə vidalaşıb.

Azərbaycan təmsilçisindən yeganə qolu 52-ci dəqiqədə Şahin Şahniyarov vurub.

Qeyd edək ki, Zaur Hacıyevin baş məşqçi olduğu kollektiv səfərdəki ilk qarşılaşmada da rəqibi ilə bacarmamışdı - 0:3.

UEFA Gənclər Liqası Çempionlar yolu, cavab oyunu 4 oktyabr

Qəbələ - Hayduk 1:2 Baş hakim: Arda Kardeşler Baş hakimin köməkçiləri: Mehmet Emin Tugral, Süleyman Özay Dördüncü hakim: Kamal Umudlu. Qəbələ şəhər stadionu.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər