Qazaxıstan boksçusu Yedil Kojamberdiyev ölkə prezidenti Kasım-Jomart Tokayev haqqında zarafat edib .
Fanat.Az xəbər verir ki, 35 yaşlı idmançı “Instagram” səhifəsinin hekayə bölməsində Qazaxıstanın pul vahidinin (tenge) abreviaturasını dövlət başçısının baş hərfləri ilə müqayisə edən mesaj yerləşdirib.
“KZT-nin yeni deşifrəsi Qasım Jomart Tokayevdir”, - deyə Kojamberdiyev yazıb.

Qeyd edək ki, Edil Kojamberdiyev WBC ABC Continental çempionu və UBO Inter-Continental kreyser çəki dərəcəsində çempiondur.
Qazaxıstanlı son döyüşünü dekabrın 11-də Almatıda təşkil olunan boks gecəsində keçirib - o, türkiyəli Həmzə Günəşi ilk raundda nokaut edib və UBO Inter-Continental kreyser çəki dərəcəsində qalib gəlib.