Qasperini İngiltərədən aldığı əla təklifi geri çevirdi - Özü açıqladı

Qasperini İngiltərədən aldığı əla təklifi geri çevirdi - Özü açıqladı

"Atalanta"nın baş məşqçisi Can Pyero Qasperini İtaliyadan kənarda işləməyi istisna edib.

Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssis bu barədə “La Gazetta dello Sport”-a müsahibəsində bildirib.

“Yox, mən indi getməyəcəyəm. Bu yaxınlarda mənə təklif gəldi, çox əla idi. İngiltərədən idi. Bu il kuboku qazandım, xaricdən təkliflərin olması normaldır. Amma mən İtaliyanı çox sevirəm”. 

Daha əvvəl Qasperininin "Napoli"dən də təklif aldığı və rədd etdiyi bildirilmişdi.

Qeyd edək ki, 66 yaşlı çalışdırıcının rəhbərlik etdiyi "Atalanta" bu mövsüm Avropa Liqasının qalibi olub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər