Ötən gün "Yuventus"un yarımmüdafiəçisi Pol Poqbaya silahlı hücum edildiyi və cinayətkarlardan birinin onun qardaşının olduğu barədə xəbər vermişdik.
Fransa Futbol Federasiyasının (FFF) prezidenti Noel Le Qre Pol Poqba ilə qardaşı arasındakı münaqişəyə münasibət bildirib.
Fanat.Az-ın məlumatına görə, Matias Poqba "Instagram"da video paylaşaraq kiçik qardaşı Pol, eləcə də PSJ-nin və Fransa millisinin hücumçusu Kilian Mbappe ilə bağlı bütün həqiqətləri açıqlayacağını vəd edib.
Matiasın silahlı şəxslərlə birlikdə Poldan 13 milyon avro tələb etdiyi də bildirilir.
“Hazırda araşdırma ilkin mərhələdədir. Bildiyimə görə, hələ heç kim məhkəməyə müraciət etməyib. Poqba mənim xoşuma gəlir. Ümid edirəm ki, bu vəziyyət onun Fransa millisindəki yerini sual altına salmaz", - deyə federasiya rəhbəri "L'Équipe" nəşrinə bildirib.
Emin