"Qaradərililər İngiltərədəki irqi ayrıseçkiliyə görə bundan vaz keçirlər" - Defo "partladı"

"Qaradərililər İngiltərədəki irqi ayrıseçkiliyə görə bundan vaz keçirlər" - Defo "partladı"

İngiltərə millisinin sabiq hücumçusu Cermeyn Defo irqi ayrıseçkilikdən gileylənib.

Fanat.Az xəbər verir ki, o, BBC-yə açıqlamasında İngiltərədə qaradərili məşqçi və menecerlərə ögüy münasibət göstərildiyini vurğulayıb:

"Bəzən bu haqda danışmaqdan bezirəm. Mənə elə gəlir ki, illərdir ki, eyni məsələni qabardıram. Ancaq hər şeyə ciddi yanaşsaq, rəqəmlər adamı şoka salır. İngiltərədə məşqçi və menecerlərin yalnız 4,4 faizi qaradərililərdir. Afrika əsilli futbolçular dəfələrlə mənə məşqçilik lisenziyası almağın mənasız olduğunu bildiriblər. Çünki buna vaxt itirsələr də, onlara güvənən olmayacağını anlayırlar. Premyer Liqada adından söz etdirən, böyük turnirlərdə özünü ən yaxşı tərəfdən göstərən qaradərili ulduzlar çoxdur, amma məhz ayrıseçkiliyə görə kareyralarını bitirəndən sonra məşqçi olmaq fikrindən vaz keçirlər".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər