"Qarabağ"ın rəqibindən tarixi rekord

"Qarabağ"ın rəqibindən tarixi rekord

Avropa Liqasında "Qarabağ"ın rəqiblərindən olan "Bayer Leverkuzen" tarixi rekorda imza atıb.

Fanat.Az xəbər verir ki, Xabi Alonsonun rəhbərlik etdiyi kollektiv bütün turnirlərdə ardıcıl 8 qələbə qazanıb.

Son olaraq Almaniya çempionatının 9-cu turunda "Frayburq"u 2:1 hesabı ilə yenən Leverkuzen təmsilçisi daha öncə AL-də "Molde" (2:1), "Hekken" (4:0) və "Qarabağ"ı (5:1), Bundesliqada isə "Volfsburq" (2:1), "Köln" (3:0), "Maynts" (3:0) və "Haydenhaym"ı üstələyib.

Bu, 1979-cu ildə elitaya vəsiqə qazanan "Bayer"in ilk belə uğuru kimi tarixə düşüb. Alonso 2001/2002 mövsümündə bu komandanın "sükanı arxası"nda ardıcıl 7 qələbəyə sevinmiş Klaus Topmöllerin rekordunu yeniləyib.

Qeyd edək ki, Alonso özü də ötən mövsüm bu komandanın baş məşqçisi qimində ardıcıl 7 zəfər görmüşdü.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər