"Qarabağ"ın rəqibi uduzdu

"Qarabağ"ın rəqibi uduzdu

"Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Braqa" Portuqaliya çempionatında növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, Artur Jorjenin çalışdırdığı kollektiv XVII turda səfərdə "Portu" ilə qarşılaşıb.

Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

17 tura 33 xal toplayan "Braqa" turnir cədvəlinin 4-cü pilləsindədir.

Qeyd edək ki, “Qarabağ” “Braqa” ilə 15 və 22 fevral tarixlərində üz-üzə gələcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər