“Qarabağ”ın rəqibi Bakıya nə vaxt gələcək?

“Qarabağ”ın rəqibi Bakıya nə vaxt gələcək?

Belçika “Gent”inin UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la keçirəcəyi ilk oyunun proqramı məlum olub.

Fanat.Az xəbər verir ki, Gent təmsilçisi oyundan bir gün öncə Bakıya yollanmağı planlayıb.

Komandanı gətirəcək təyyarə fevralın 15-də axşam saatlarında paytaxtda olmalıdır. Baş məşqçi Heyn Vanhazebrukun yetirmələri görüşdən dərhal sonra Belçikaya qayıdacaq.

Tofiq Bəhramov adına Respublika Stadionundakı matçda qonaqları təxminən 40-50 azarkeşin dəstəkləməsi gözlənilir.

Fevralın 16-da keçiriləcək “Qarabağ” – “Gent” matçı saat 21:45-də start götürəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər