"Qarabağ"dan iki rekord 

"Qarabağ"dan iki rekord 

“Qarabağ” Azərbaycan futbolu tarixində 2 rekord müəyyənləşdirib.

Fanat.Az-ın məlumatına görə, Ağdam təmsilçisi qrupdakı qələbə və xal sayında rekorda imza atıb.

Konfrans Liqasının IV turunda “Kayrat”ı səfərdə yenən (2:1) ağdamlılar qrupda 3-cü qələbəsini qazanıb. İndiyədək heç bir Azərbaycan klubu əsas mərhələdə bu sayda qələbə görməyib.

“Qarabağ” bu zəfər sayəsində xal hesabını 10-a çatdıraraq vahid liderliyə yüksəlib. 10 xal Azərbaycan klubları üçün ən yüksək nəticədir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər