"Qarabağ"da ciddi itki

"Qarabağ"da ciddi itki

Sabah Konfrans Liqasının II turunda "Omoniya" ilə qarşılaşacaq "Qarabağ" ciddi itki ilə üzləşib.

Klubun mətbuat xidmətindən Fanat.Az-a verilən xəbərə görə, İsmayıl İbrahimli zədələnib. 23 yaşlı yarımmüdafiəçi dünən məşqdə əzələsini dartıb. Onun 2 həftəlik sıradan çıxdığı bildirilib. 

Qeyd edək ki, Ağdam təmsilçisi "zədə epidemiyası"ndan əziyyət çəkir. Bir müddət əvvəl əməliyyat olunan Bədavi Hüseynov və Elvin Cəfərquliyev yenicə fərdi məşqlərə başlasa da, Xayme Romero zədəsini sağaltmaqla məşğuldur. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər