Qara Qarayevə fəxri ad verildi

Qara Qarayevə fəxri ad verildi

Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Qara Qarayevə “İdman ustası” dərəcəsi təqdim edilib.

Fanat.Az xəbər verir ki, idman dərəcəsinə layiq görülən futbolçuya “İdman ustası” vəsiqəsini gənclər və idman nazirinin müavini Mariana Vasileva, müvafiq döş nişanını isə nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov təqdim ediblər.

Bu dərəcəyə layiq görüldüyü üçün minnətdarlığını bildirən Qara Qarayev nazir müavininə öz adı yazılmış futbolçu köynəyini hədiyyə edib. 

Təqdimatda iştirak edən komandanın baş məşqçisi Qurban Qurbanovla da görüşən Mariana Vasileva “Marsel”lə oyunda “Qarabağ”a uğurlar arzulayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər