Qara Qarayev: "Xal qazansaq,əla olar"

Qara Qarayev: "Xal qazansaq,əla olar"

"Rəqib haqda ancaq xoş sözlər demək olar. "Atletiko" son vaxtlar alqışalayiq futbol göstərir”.

 

Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ”ın dayaq yarımmüdafiəçisi Qara Qarayev deyib.

Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində sabah baş tutacaq "Atletiko"yla oyundan öncə düzənlənən mətbuat konfransına qatılan Qara rəqib haqda danışıb: "Qrupumuzda ən aqressiv oyun göstərən komandadı. Sabah da belə olacaq. Amma biz də azarkeşlərimiz önünə yaxşı futbol sərgiləmək istəyirik. Xal qazansaq, əla olar. İnşallah, sabahkı görüşdə yaxşı nəticə qazanarıq”.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər