Qara Qarayev "Keşlə" ilə oyunu buraxacaq

Qara Qarayev "Keşlə" ilə oyunu buraxacaq
Azərbaycan millisinin düşərgəsində zədələnmiş "Qarabağ"ın futbolçusu Qara Qarayev bu gündən fərdi məşqlərə başlayıb.
Fanat.Az xəbər verir ki, bu barədə 29 yalı yarımmüdafiəçi özünün feysbuk səhifəsində paylaşım edib.
O bildirib ki, ağrı olmayacağı təqdirdə, 5 - 6 gündən sonra komanda ilə hazırlığı bərpa edəcək.
Qeyd edək ki, Qara Qarayev zədə səbəbindən yığmanın DÇ-2022-nin seçmə mərhələsindəki oyunlarını buraxıb. "Qarabağ" Azərbaycan Premyer Liqasında növbəti oyununu aprelin 4-də səfərdə "Keşlə"yə qarşı keçirəcək.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər