Qara Qarayev də koronavirusa yoluxdu

Qara Qarayev də koronavirusa yoluxdu
"Qarabağ" Avropa Liqasının qrup mərhələsində "Makkabi" ilə matçdan geri döndükdən sonra Peşəkar Futbol Liqasının tələblərinə əsasən Premyer Liqanın XII turunda qarşılaşacağı "Qəbələ" ilə matçın hazırlıqları çərçivəsində növbəti dəfə koronavirus testindən keçib.
 
Fanat.Az xəbər verir ki, bu barədə klubun "facebook" səhifəsi məlumat yayıb. 
 
Testin nəticələrinə görə futbolçularımız Qara Qarayev, Emil Balayev, İsmayıl İbrahimli, Toral Bayramov və Kevin Medinada koronavirus aşkarlanıb.
Daha öncə isə testin nəticəsi pozitiv olan daha iki futbolçumuz: Mahir Emreli və Abbas Hüseynov da müalicələrini davam etdirir.
Milli komandanın heyətində Lüksemburqda koronavirusa yoluxmuş Maksim Medvedev müalicəsini tamamlayaraq  Bakıya qayıdıb.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər