Qambiya millisinin üzvü "Keşlə"də

Qambiya millisinin üzvü "Keşlə"də
Qambiya millisinin futbolçusu Ebriham Sohna bu gün "Keşlə”yə qoşulub.
 
Fanat.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, son klubu Finlandiya VPS-i olan yarımmüdafiəçi axşam məşqinə çıxacaq. Ebrihamın sabahkı yoxlama oyununda forma şansı qazanacağı da dəqiqdi. 
 
Qeyd edək ki, Ebrima Sohna VPS-nin heyətində 19 oyun keçirib və 1 qol vurub. O, əvvəllər Qambiyanın "Vallidan", Norveçin "Sandefyord", Finlandiyanın RoPS, KuPS, Qazaxıstanın "Vostok" və Kveytin "Əl-Ərəbi" klublarında çıxış edib. 29 yaşlı yarımmüdafiəçi 2005-ci ildən çağırıldığı Qambiya yığmasında 17 oyun keçirib və 1 qol vurub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər