"Marsel"in baş məşqçisi Andre Villaş-Boaş klubdan ayrılmamaq qərarına gəlib.
Fanat.Az xəbər verir ki, Villaş-Boaş "RMC Sport"a açıqlamasında qeyd edib:
"Marsel"də çox xoşbəxtəm. Komanda ilə birlikdə Çempionlar Liqasında oynamaq istəyirəm. Amma iqtisadi vəziyyətimizin nə qədər stabil olduğunu bilmək istəyirəm. Yaxşı işlər görmək üçün şərait olmayanda layihəyə zaman ayırmağa dəymir. Məşqçi klubun inamını hiss etməlidi".
Portuqaliyalı mütəxəssis ötən ildən "Marsel"i çalışdırır. Onun rəhbərliyi altında Fransa Liqa 1-i ikinci sırada bitirən komanda Çempionlar Liqasında iştirak etmək haqqı əldə edib.
Villaş-Boaşın müqaviləsi 2021-ci ilin yayında başa çatır. 42 yaşlı çalışdırıcının yaxın günlərdə "Nyukasl"ın təklifin rədd etdiyi bildirilir.
Fanat.Az