"Qalacağımı deyibsə, bu, onun şəxsi təxəyyülünün nəticəsidir"

"Qalacağımı deyibsə, bu, onun şəxsi təxəyyülünün nəticəsidir"

"Roma"nın baş məşqçisi Joze Mourinyu PSJ-nin baş məşqçi postunu tutacağı ilə bağlı yayılan informasiyalara münasibət bildirib.

Fanat.Az xəbər verir ki, "Goal" onun dediklərini belə çatdırıb:

"Mən öz gələcəyim haqda dostlarım, yaxınlarım və jurnalistlərə danışmıram. Bir neçə ay öncə "Roma"nın baş direktoru Pyetro Berardi mənim komandada qalacağıma əmin olduğunu söyləyibsə, bu, onun öz təxəyyülünün nəticəsidir. Yəni jurnalistlərdən hansısa fərqli fikir səsləndirirsə, bu da həqiqət anlamına gələ bilməz. Axı mən heç kimlə bu yöndə söhbət etmirəm. Hələ indki klubumla bir illik müqaviləm var. Qarşıdakı oyun isə həmişə daha vacibdir".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər