Qadın olimpiya çempionumuz bir ailəni maşınla vurdu - VİDEO

Qadın olimpiya çempionumuz bir ailəni maşınla vurdu - VİDEO

Yasamal rayonunda bir ailənin 3 üzvünü maşın vurub. Fanat.Az yenicag.az-a istinadən xəbər verir ki, hadisə Füzuli küçəsində qeydə alınıb. 

Gəncədən Bakıya qonaq gələn Namiq Məmmədov, həyat yoldaşı 29 yaşlı Ülkər Məmmədova və 3 yaşlı uşaqları Hüseyni 68 yaşlı Lyudmila Şubina idarə etdiyi Honda markalı avtomobillə vurub. Hadisədən sonra sürücü özü yaralıları xəstəxanaya çatdırıb. Həkimlər Ülkər və oğlunun vəziyyətini ağır kimi qiymətləndirib. Namiq Məmmədovun isə ciddi xəsarət almadığı müəyyənləşib. 

Polisə ifadə verən Şubina sərbəst buraxıb. Avtomobil cərimə meydançasına yerləşdirilib. Faktla əlaqədar araşdırmalara başlanılıb.

Qeyd edək ki, 68 yaşlı Lyudmila Şubina, 1976-cı ildə Sovet İttifaqının həndbol yığmasının heyətində Kanadanın Monreal şəhərində baş tutan XXI Yay Olimpiya Oyunlarına qatılıb. Yarışların son turunda Sovet İttifaqının yığması, Şərqi Almaniya yığmasını 14:11 hesabı ilə məğlub edib və XXI Yay Olimpiya Oyunlarının çempionu olub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər