"Borussiya"nın (Dortmund) yeni baş məşqçisi Peter Boş və futbolçu Nuri Şahin mətbuat konfransı keçirib. Fanat.Az xəbər verir ki, Nuri Şahinə verilən bir sual gündəmə damğa vurub.
Belə ki, bir qadın jurnalist türk futbolçuya "Mənim sualım "Borussiya"nın müdafiə xətti ilə bağlı olacaq. Komandaın müdafiə xəttindəki problemlərə yeni baş məşqçi çarə tapa biləcək" sualını verib.
Nuri Şahin bu sual qarşısında əvvəlcə çaşbaş qalıb, sonra isə gülümsəyib. Baş məşqçi Peter Boş isə "Bizim müdafiəmiz yetərincə güclüdü. Sizin fikirinizə qatılmıram" cavabını verib.
Məlum olduğu kimi "Borussiya" Almaniyada ən yaxşı müdafiə xətti olan klublardan biri hesab olunur.
Fanat.Az