Qadın güləşçilərin AÇ-də ilk rəqibləri müəyyənləşdi

Qadın güləşçilərin AÇ-də ilk rəqibləri müəyyənləşdi

Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, aprelin 19-dan 21-dək qadın güləşçilər qitə birinciliyində mübarizə aparacaq.

Bu gün püşkatma mərasimi keçirilib.

Sabah 50, 55, 59, 68 və 76 kq-da çıxış edən qadın güləşçilər mübarizəyə start verəcək.

50 kq Təsnifat mərhələsi Mariya Stadnik – Evin Demirhan (Türkiyə)

53 kq Təsnifat mərhələsi Türkan Nəsirova – Mariya Spirkovska (Şimali Makedoniya)

55 kq Təsnifat mərhələsi Elnurə Məmmədova – Laura Stanelite (Litva)

57 kq 1/4 final Jalə Əliyeva – Anna Şel (Macarıstan) / Elena Brügger (Almaniya)

59 kq 1/4 final Alyona Kolesnik – Yovana Radivoyeviç (Serbiya) / Morena de Vita (İtaliya)

62 kq Təsnifat mərhələsi Birgül Soltanova – Viktoriya Vesso (Estoniya)

65 kq 1/4 final Elis Manolova – İrina Rinqaci (Rumıniya) / Kendra Daçer (Fransa)

72 kq Təsnifat mərhələsi Nigar Mirzəzadə - Lyudmila Tiçina (Ukrayna)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər