Pyaniç bu kluba keçmək üçün ilkin maaş tələbini iki dəfə azaltdı - Anlaşdılar

Pyaniç bu kluba keçmək üçün ilkin maaş tələbini iki dəfə azaltdı - Anlaşdılar

Bosniyalı yarımmüdafiəçi Miralem Pyaniç Moskva ÇSKA-sı ilə anlaşıb. 

Fanat.Az "Baza"ya istinadən xəbər verir ki, futbolçu müqavilə imzalamaq üçün ötən axşam Vnukovo Hava Limanına gəlib.

Mənbənin məlumatına görə, 34 yaşlı futbolçu ildə 800 min avrodan bir qədər az qazanacaq, lakin onun müqaviləsində qollara görə bonuslar (hər qola 7 min avro), assistlər, həmçinin liqa və Rusiya kubokunun qalibi daxildir.

"Yuventus"un keçmiş futbolçusu ÇSKA-dan əvvəlcə ildə 2 milyon avro maaş istəsə də, sonda tələblərini 2 dəfədən çox azaldıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər