“Bursaspor” Robert Prosineçkiyə əvəzləyici tapıb. Fanat.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, xorvatı millimizdən qopara bilməyən "timsahlar"ın yeni baş məşqçisinin kim olacağı müəyyənləşib.
Bursalılar Pol Le Quenlə anlaşıb. Fransada "Renn", “Lion”və PSJ, Şotlandiyada “Reyncers”dəki fəaliyyəti ilə tanınan Le Quenlə danışıq aparan türklər onu razı sala bilib. 53 yaşlı çalışdırıcının yeni klubuyla münasibətləri rəsmiləşdirmək üçün yaxın günlərdə Bursada olacağı bildirilir.
Fransız 2015-ci ildən işsizdi. O, 2011-2015 aralığında Oman millisini çalışdırıb. Daha öncə Kamerun yığmasına da baş məşqçilik etmiş fransız Nigeriya yığmasının "sükanı arxası"na keçməkdən ötən ilin yayında imtina edib.
Fanat.Az