Prosineçki yenə Şehiçi oynatdı, komandası qalib gəldi

Prosineçki yenə Şehiçi oynatdı, komandası qalib gəldi
Bosniya və Hersoqovina millisi növbəti yoldaşlıq oyununu keçirib.
Fanat.Az xəbər verir ki, balkan təmsilçisi Cənubi Koreya millisi ilə qarşılaşıb.
Milli komandamızın sabiq baş məşqçisi Robert Prosineçki start heyətində yenə "Qarabağ"dan ayrılan İbrahim Şehiçə şans verib. Oyun bosniyalıların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bosniya və Hersoqovinanın hər 3 qoluna Edin Viska imza atıb. Cənubi Koreyanın heyətində isə Jae-Sung Lee fərqlənib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər