Prezidentin ilk gedişlərinin şahmatdakı sirri - FOTO

Prezidentin ilk gedişlərinin şahmatdakı sirri - FOTO
Sentyabrın 2-də “Baku Crystal Hall”da 42-ci Ümumdünya Şahmat Olimpiadasının birinci turuna start verilib.
Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Prezident İlham Əliyev Azərbaycanın kişilərdən ibarət birinci komandasının üzvü Şəhriyar Məmmədyarov ilə Zimbabve şahmatçısı Rodvel Makoto arasındakı partiyada ilk gedişi (D2-D4) edib.
Prezidentin ilk gedişlərinin şahmatdakı sirri - FOTO
Daha sonra prezident İlham Əliyev qadın şahmatçıların yarışında Rusiya idmançısı Alemsandra Kostinyuk ilə şotlandiyalı Araksamita Grant arasındakı partiyada da ilk gedişi (E2-E4) edib.
Prezidentin ilk gedişlərinin şahmatdakı sirri - FOTO
Şahmat oyununda hər bir gedişin mənası olduğundan prezidentin açılış oyunlarında etdiyi ilk gedişlərin mənası maraqlı oldu. İdman jurnalisti və həvəskar şahmat oyunçusu Ceyhun Əliyev ilk gedişlərin mənasını qaynarinfo.az-a belə izah etib:
"D2-D4 gedişi qısa və anlayışlı dillə desək, strateji mübarizəyə meyilli gedişdi. Rəqibin cüzi səhvinə hesablanmış oyun vəziyyətidi. Qapalı oyunun başlanğıcıdı. E2-E4 gedişində isə ağ daşlar sanki bəyan edir ki, istənilən debütə hazıram. Qısa desək, özünü döyüşə atır. Hücum taktikası və açıq mübarizəyə köklənir".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər