NHL komandalarından "Çikaqo" prezident Con Makdononu işdən azad edib.
Fanat.Az NHL-in rəsmi saytına istinadən xəbər verir ki, "Blekhoks"un sahibi Roki Virtsin oğlu 43 yaşlı Denni müvəqqəti olaraq prezident təyin olunub.
Makdono 2007-ci ildən bəri "Çikaqo"ya rəhbərlik edirdi. Onun dövründə komanda üç dəfə (2010, 2013, 2015) Stenli Kubokuna sahib çıxmış və anşlaqın olduğu ev oyunlarının sayına görə (531) rekord müəyyənləşdirmişdi.
Qeyd edək ki, Con Makdono daha öncə 24 il "Çikaqo Kabs" beysbol klubunda çalışıb.
Fanat.Az