Prezident Olimpiya Kompleksinin açılışında iştirak edib - FOTOLAR

Prezident Olimpiya Kompleksinin açılışında iştirak edib - FOTOLAR
Bu gün Ağcabədi Olimpiya İdman Kompleksinin açılışı olub. Fanat.Az xəbər verir ki, prezident İlham Əliyev açılış mərasimində iştirak edib. 
Dövlət başçısı əvvəlcə Olimpiya İdman Kompleksinin rəmzi açılışını bildirən lenti kəsib. Gənclər və idman naziri Azad Rəhimov Ağcabədi Olimpiya İdman Kompleksində yaradılan şərait barədə dövlətimizin başçısına ətraflı məlumat verib.
Bildirilib ki, kompleksin tikintisinə 2012-ci ilin iyununda başlanılıb. Yüksək keyfiyyətlə aparılan tikinti işləri bu ilin noyabrında başa çatdırılıb. Bu kompleks müasirliyi ilə diqqəti cəlb edir. Ümumi ərazisi 5 hektar olan idman qurğusunda bütün zəruri infrastruktur yaradılıb. Kompleksdə 100 tamaşaçı tutumu olan ikidöşəkli güləş və cüdo, boks, ağır atletika, həmçinin 937 azarkeş yerlik universal idman zalları yaradılıb. İdman kompleksində stolüstü tennis, bilyard, trenajor və fitnes zalları, yay kafesi, mağaza, bilet satışı kassası var. Binada, həmçinin məşq zalları, VIP loja, nəzarətçilər, məşqçilər, hakimlər üçün otaqlar, dopinq-nəzarət, soyunub-geyinmə və digər zəruri otaqlar yaradılıb. Baş plana əsasən, kompleksdə uzunluğu 104, eni isə 68 metr olan 810 azarkeş yerlik futbol stadionu, habelə mini futbol, voleybol və tennis meydançaları da var. Bir sözlə, burada idmanın müxtəlif növləri ilə məşğul olmaq üçün geniş imkanlar mövcuddur.
Qeyd olunub ki, buradakı üzgüçülük hovuzu ən müasir standartlara cavab verir. Hovuzun uzunluğu 25, eni isə 12,5 metrdir. Zalda üzgüçülük yarışlarını 100-dən çox tamaşaçı izləyə biləcək. Binada restoran da fəaliyyət göstərəcək. Kompleks, həmçinin qaz, su-kanalizasiya, elektrik, rabitə xətləri ilə təchiz olunub. Ətrafda geniş yaşıllıq zolaqları salınıb, təhlükəsizlik müşahidə kameraları quraşdırılıb.
Komplekslə tanışlıqdan sonra İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri və ağcabədili idmançılarla görüşüb. Ağcabədi idman məktəbinin yetirməsi, ikiqat dünya və yeddiqat Avropa çempionu Əli Cəfərov ölkəmizdə idmanın inkişafına, o cümlədən rayona göstərilən yüksək diqqət və qayğıya görə dövlət başçısına ağcabədililərin minnətdarlığını çatdırıb.
Fanat.Az
 
Prezident Olimpiya Kompleksinin açılışında iştirak edib - FOTOLAR Prezident Olimpiya Kompleksinin açılışında iştirak edib - FOTOLAR Prezident Olimpiya Kompleksinin açılışında iştirak edib - FOTOLAR Prezident Olimpiya Kompleksinin açılışında iştirak edib - FOTOLAR Prezident Olimpiya Kompleksinin açılışında iştirak edib - FOTOLAR Prezident Olimpiya Kompleksinin açılışında iştirak edib - FOTOLAR Prezident Olimpiya Kompleksinin açılışında iştirak edib - FOTOLAR Prezident Olimpiya Kompleksinin açılışında iştirak edib - FOTOLAR Prezident Olimpiya Kompleksinin açılışında iştirak edib - FOTOLAR
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər