Premyer Liqada 50-ci qələbə

Premyer Liqada 50-ci qələbə

Ayxan Abbasov baş məşqçi kimi Azərbaycan çempionatlarında 50-ci qələbəsini qazanıb.

Fanat.Az xəbər verir ki, “Turan Tovuz”un çalışdırıcısının yubileyi Azərbaycan Premyer Liqasının 32-ci turuna təsadüf edib. 42 yaşlı mütəxəssisin yubileyi “Zirə” ilə səfər matçında gerçəkləşib – 3:1.

Baş məşqçi karyerasına 2017-ci ildə Zirənin eyniadlı təmsilçisində başlayan Abbasov bu komandada 18, “Sumqayıt”da 24, “Turan Tovuz”da 8 dəfə üç xal sevinci yaşayıb. Onun 50-ci qələbəsi 155-ci matçına təsadüf edib. O, baş məşqçi kimi Azərbaycan çempionatları tarixində 50 və daha çox qələbə qazanan 22-ci mütəxəssis olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər