Koronavirus pandemiyası Polşa Ekstraklasanda son mövsümünün gedişinə təsir etsə də, bu, klublarının gəlirlərinə mənfi təsir göstərməyib.
Fanat.Az xəbər verir ki, belə nəticəyə hər il olduğu kimi “Maliyyə Futbol Liqası” hesabatını hazırlayan "Deloitte konsaltinq" şirkətinin mütəxəssisləri gəliblər.
Onlar klubların bütün idman gəlirlərini və ayrıca transferlərdən əldə olunan gəlirləri müqayisə ediblər və bunun nəticəsində Polşa liqasının 2020/21 mövsümü üçün maliyyə reytinqini hazırlayıblar.
Siyahıya 119,1 milyon zlot (51 milyon manat) gəlirlə Varşava "Legiya"sı başçılıq edir. Mahir Emrelinin klubunun gəliri əvvəlki mövsümlə müqayisədə 5,2 milyon azalsa da, varşavalılar yenə birinci olub. "Legiya" artıq on ildir ki, Polşanın ən çox qazanan klubudur.
İkinci yeri 74,5 milyon zlotluq idman gəliri ilə "Lex Poznan" tutub. "Lexia Qdansk" üçüncü olub - 44,6 milyon.
“Legiya”nın "Lex" üzərində üztünlüyü təəccüblü görünə bilər. Çünki əvvəlki mövsüm Poznan komandası Avropa Liqasında oynayırdı, həmçinin bir neçə oyunçu satıb, hətta liqa rekordunu da qırıb. Bununla belə, əməliyyat fəaliyyətindən əldə edilən gəlirlər hesabına "Legiya" fərq yarada bilib. Bura bilet, VIP salonlar və stadionda iaşə satışından, həmçinin ən yüksək kommersiya gəlirləri (sponsorlar, köynək satışı, reklam), o cümlədən TV-yayımdan gələn qazanc daxildir.
Beləliklə, Ekastraklasa klublarının üç mənbədən - kommersiya, yayım və artıq qeyd olunan oyun günündən əldə etdiyi 627,2 milyon zlota bərabərdir.
"Mən fəxr edirəm ki, Ekstraklasa klubları son dərəcə çətin bir dövrdə belə fantastik maliyyə nəticəsinə nail oldular. Əməkdaşlıq, dəyişikliklərə açıqlıq və ciddi nizam-intizamla birləşən yeni şərtlərə uyğunlaşma bacarığı bizə çətinliklərin öhdəsindən gəlməyə imkan verdi. Liqadakı bu uğurda bizim də əməyimiz oldu. Keçən il yayımçılar - Canal+ və TVP ilə dörd mövsüm üçün milli yayım hüququ ilə bağlı ümumi dəyəri 1 milyard zlot olan yeni müqavilənin bağlanması da gəlirlərə təkan oldu. Eləcə də digər tərəfdaşlarla, o cümlədən titul sponsorları - PKO Bank Polski və Totalizator Sportowy ilə müqavilələr Ekstraklasa klublarını gələcək illər üçün də müəyyən vəsaitlə təmin edəcək" - Ekstraklasanın prezidenti Martsin Animuçki klubların maliyə reytinqi ilə bağlı hesabata belə münasibət bildirib. Mirağa