Poçettinonun yeni klubu açıqlandı

Poçettinonun yeni klubu açıqlandı

PSJ-nin argentinalı baş məşqçisi Maurisio Poçettino İspaniyaya qayıda bilər.

Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, mütəxəssisin tezliklə Fransa çempionlarının düşərgəsindən qovulacağı gözlənilir. 

Mənbənin məlumatına görə "Atletik Bilbao"nun prezidentliyinə iddialılardan biri Rikardo Barkala Poçettinonu komandaya baş məşqçi təyin etmək istəyir.

Xatırladaq ki, mövsümün sonunda "Atletik"i avrokuboklara gətirə bilməyən baş məşqçi Marselino klubdan ayrıldıqdan sonra bu post boş qalıb.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər