Maurisio Poçettino "Marsel"i çalışdıra bilər.
Fanat.AZ TMZ-yə istinadən xəbər verir ki, "Marsel" Poçettino ilə danışıqlara başlayıb. İdman direktoru Andoni Subisarretanın klubdan ayrılmasından sonra baş məşqçi Andre Villaş-Boaşın da postundan göndəriləcəyi gündəmdədi.
Poçettinonun adı "Nyukasl"la da bilikdə hallanır. Argentinalı mütəxəssisin son iş yeri "Tottenhem" olub.
Qeyd edək ki, Fransa Liqa 1 koronavirus pandemiyası səbəbindən erkən dayandırılıb. 28 turdan sonra çempionatda ikinci olan "Marsel" Çempionlar Liqasının qrup mərhələsində iştirak haqqı əldə edib.
Fanat.Az