İtaliya A Seriyasının autsayderi "Salernitana" Andrea Pirloya baş məşqçi vəzifəsini təklif edib.
Fanat.Az xəbər verir ki, 42 yaşlı mütəxəssis sözügedən kluba "yox" cavabı verib.
Məlumatı futbol insayderi Fabritsio Romano yayıb.
Onun sözlərinə görə Pirlo daha iddialı klublardan təklif gözləyir.
Qeyd edək ki, "Cenoa"nın və Polşa millisindən aldığı təklifləri rədd etdiyi deyilən "Yuventus"un sabiq baş məşqçisi Pirlo 2021-ci ilin mayından işsizdir.