Pike karyerasını bərpa edir - Yeni klubu açıqlandı  

Pike karyerasını bərpa edir - Yeni klubu açıqlandı  

"Barselona"nın və İspaniya millisinin sabiq müdafiəçisi Jerar Pike futbolçu karyerasını bərpa edə bilər.

Fanat.Az "Relevo"ya istinadən xəbər verir ki, ötən ilin payızında butslarını mıxdan asdığını bildirərək azarkeşlərlə vidalaşan Jerar özünün olan "Andorra" klubunun formasını geyinməkdə qərarlıdır.

Xəbərə görə, arxa xətt oyunçusunun yenidən yaşıl meydanlara dönmək arzusu yalnız top üçün darıxdığından irəli gəlmir. Mənbə İspaniya Sequndasında hazırda 10-cu pillədə yer alan "üçrənglilər"in nəticələrinin Pikeni qayğılandırdığını vurğulayıb. Xəbərdə məşhur veteranın yenidən top qovmaq arzusuna Sequndanın maliyyə qaydalarının mane ola biləcəyinə də toxunulub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər