"Barselona"nın müdafiəçisi Jerar Pike daha bir futbol klubu alıb.
Fanat.Az "Marka"ya istinadən xəbər verir ki, 32 yaşlı müdafiəçi İspaniyanın aşağı liqasında çıxış edən "Ximnastik Manres"in səhmlər paketinə sahib çıxıb.
Klubun direktorlar şurası üzvlərinin 80 faizinin səsi ilə müqavilə imzalanıb. Pike "Ximnastik Manres"i yanvarda aldığı "Andorra"nın filialı etmək istəyir. Qeyd edək ki, "Andorra" İspaniyanın 5-ci divizionu, Kataloniya Primerasında mübarizə aparır.
Fanat.Az