PFL prezidenti: "Xəzər” klubu çox xoşuma gəldi"

PFL prezidenti: "Xəzər” klubu çox xoşuma gəldi"
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev I diviziondan Premyer Liqaya komandanın çıxıb-çıxmayacağı ilə bağlı suala cavab verib. Fanat.Az xəbər verir ki, Antalyada mətbuat konfransı keçirən qurum rəhbəri "Xəzər"in Premyer Liqaya çıxa biləcəyini bildirib: 
"Xəzər” klubu çox xoşuma gəldi. Orda iddialı komandalarımız var. Mənim üçün I divizion çox önəmlidi. İstərdim ki, şəxsi büdcəsi ilə maliyyələşən klublarımız daha çox olsun. Amma elə klubumuz var ki, deyir çempionata sal, sonra şərtlərə cavab verərik. Bir-iki dəfə bu səhvə yol verdik, sonra peşman olduq. Buna yol verməmək üçün çempionata mövsümün sonuna qədər oynayacaq komandaları buraxırıq. Antalyada "Xəzər” rəhbərliyi ilə söhbətimiz oldu. Dedilər ki, gələ bilərik. Niyə də gəlməsinlər, biz də buna razıyıq. Onu da deyim ki, I divizionda növbəti çempionat tamam fərqli olacaq. Cari mövsüm başa çatana qədər daha 1-2 klub çempionatı tərk edə bilər. Artıq bəzilərinin izinə düşmüşük. Məlumatlarımız öz təsdiqini tapmaq üzrədi. Özü də elə klublardı ki, rəhbərləri böyük danışırlar.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər