PFL iki şirkətlə danışıq aparır

PFL iki şirkətlə danışıq aparır

Azərbaycan Premyer Liqasının növbəti mövsüm üçün sponsoru hələ məlum deyil. 

Fanat.Az xəbər verir ki, bu barədə  Peşəkar Futbol Liqasının (PFL) vitse-prezidenti Aslan Şahgəldiyev Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün püşkatması zamanı deyib.

O, çempionatın adı ilə bağlı iki şirkətlə danışıqların davam etdiyini bildirib. Qurum rəsmisi qarşıdakı günlərdə məsələnin həll olunacağını söyləyib.

Qeyd edək ki, Premyer Liqada yeni mövsüm avqustun 5-də başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər