PFL əvəzedicilər liqasının loqosunu təqdim etdi

PFL əvəzedicilər liqasının loqosunu təqdim etdi

Futbol üzrə Azərbaycan çempionatında əvəzedicilər liqasının loqosu təqdim olunub.

Fanat.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, loqo minimalist üslubda, çağdaş dövrün tələblərinə uyğun hazırlanıb.

Futbol meydançasının mərkəz çevrəsinin konturları əsasında ərsəyə gələn loqoda ümumi fonda liqanın adının ilk hərfi – Ə canlandırılıb. Qırmızı və yaşıl rənglərin vəhdəti isə əvəzetməni assosiasiya edir.

Meydançanı tərk edən futbolçuya işarə verən rəqəm əsasən qırmızı, daxil olana isə yaşıl rəngli göstərilir. Loqonun içində topun və torun simvolunu görə bilərik.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər