Peter Şmeyxel Onananı qınadı: "Qapıçı səhv edirsə..."

Peter Şmeyxel Onananı qınadı: "Qapıçı səhv edirsə..."

"Mançester Yunayted"in sabiq qapıçısı Peter Şmeyxel Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində səfərdə "Qalatasaray"ı yenə bilməyən (3:3) "qırmızı şeytanlar"ın qolkiperi Andre Onananın səhvlərindən danışıb.

Fanat.Az xəbər verir ki, "Metro" danimarkalı veteranın dediklərini belə çatdırıb:

"Bu gün müdafiədəki "dördlük" sözün əsl mənasında, yaxşı təsir bağışladı. Daha artığını edə bilməzdilər. Qapıçının səhvləri isə həmişə komandaya baha başa gəlir. Çünki qolkiper xətaya yol verirsə, bu, qolla nəticələnir. Futbolun həqiqəti belədir".

5 turdan sonra 4 xalı olan "Mançester Yunayted" A qrupunda sonuncu pillədədir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər