Paytaxt klubunun zədəliləri sıraya döndü

Paytaxt klubunun zədəliləri sıraya döndü

Misli Premyer Liqasının 16-cı turu çərçivəsində sabah “Qəbələ” ilə qarşılaşacaq “Səbail” artıq səfərə yollanıb.   Fanat.Az "dənizçilər"in mətbuat xidmətinə istinadən xəbər verir ki, oyunöncəsi “dənizçilər”in iki zədəli futbolçusu sıraya dönüb. 

Belə ki, komandanın aparıcı üzvləri Ağabala Ramazanov və Ruslan Hacıyev zədələrini sağaltdıqlarına görə komanda ilə birlikdə səfər oyununa yollanıblar. Onların meydana çıxıb-çıxmayacağına məşqçilər korpusu qərar verəcək.   Sabah Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 14:30-da başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər