Paytaxt klubunda yeni müqavilə

Paytaxt klubunda yeni müqavilə

“Roma” yarımmüdafiəçisi Edoardo Bove ilə müqaviləsinin müddətini artırıb.

Fanat.Az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Gənc futbolçunun “canavarlar”la yenilənmiş müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədərdir.

Bove “Roma”nın yetirməsidir. O, 2021-ci ilin iyulundan “Roma”nın əsas komandasında çıxış edir. Cari mövsümdə Bove “Roma”nın heyətində 19 oyuna çıxıb, 1 qol vurub, 2 məhsuldar ötürmə verib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər