Paytaxt klubu Tuayevlə bağlı qərar verdi

Paytaxt klubu Tuayevlə bağlı qərar verdi

"Səbail" baxışda olan qapıçını bəyənməyib. 

Klubdan Fanat.Az-a verilən məlumata görə, məşqçilər korpusunun səviyyəsindən razı qalmadığı Aleksandr Tuayevin geri göndərilməsi qərara alınıb.

Vladiqafqazdan olan 22 yaşlı qolkiperin veteran futbol mütəxəssisi Kazbek Tuayevin yaxın qohumu olduğu bildirilir. 

Paytaxt klubu Tuayevlə bağlı qərar verdi Qeyd edək ki, gənc Tuayev karyerası ərzində "Peresvet" və "Ekspres" kimi həvəskar komandaların, həmçinin aşağı liqa təmsilçisi olan "Luk-Energiya"yla "Kolomna"nın şərəfini qoruyub. Onun sonuncu klubu Qırğızıstan "Kaqanat"ı olub. O, 2022-ci ilin əvvəlində bu komandaya keçsə də, yay fasiləsində ayrılmağı lazım bilib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər